Azərbaycanda yeni on manatlıq əskinaslar

Azərbaycanda yeni on manatlıq əskinaslar

26-03-2019    66 dəfə baxılıb

Azərbaycanda on manatlıq əskinaslar yenilənib.

News.more.az Mərkəzi Banka istinadən xəbər verir ki, yeni on manatlıqlarda mühafizə sistemləri artırılıb. 

Yenilənmiş on manatlıq pul nişanı bugündən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan on manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Belə ki, mövcud on manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub, əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. 

Paylaş: